BS-də qüvvənin vahidi nyutondur (N). O, ingilis alimi İsaak Nyutonun şərəfinə adlandırılmışdır: [F]=1N.
Qüvvə dinamometr adlanan cihazla ölçülür (yun. “dinamis”– qüvvə, “metreo” – ölçürəm). Dinamometrlər müxtəlif olur; şəkildə təsvir edilən dinamometrlərdən birinə 10 N, digərinə 2,5 N qüvvə tətbiq edilmişdir ( d ).
Cisim eyni zamanda neçə qüvvənin təsirinə məruz qalır? Cisim çox nadir halda bir qüvvənin təsiri altında olur. O, bir qayda olaraq, eyni zamanda bir neçə qüvvənin təsirinə məruz qalır. Cismə tətbiq olunan belə mürəkkəb təsirləri qiymətləndirmək üçün bütün qüvvələrin bir qüvvə ilə əvəzlənməsi qaydasından istifadə etmək əlverişlidir.
Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir göstərən bir qüvvə əvəzləyici qüvvə (F→) adlanır.
Qayda 1. Bir düz xətt üzrə əks istiqamətdə təsir edən qüvvələrin əvəzləyicisinin modulu bu qüvvələrin modulları fərqinə bərabərdir, istiqaməti isə modulu böyük olan qüvvə istiqamətindədir.
Məsələ. Cismə üfüqi istiqamətdə eyni zamanda üç qüvvə təsir edir:
F1 =1,5N; F2 =3N; F3 =4,5N.
Əvəzləyici qüvvənin qiymət və istiqamətini təyin edin.
Qayda 2. Bir düz xətt üzrə əks istiqamətlərə təsir edən qüvvələrin əvəzləyicisinin modulu bu qüvvələrin modulları fərqinə bərabərdir, istiqaməti isə modulu böyük olan qüvvə istiqamətindədir.