1. Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin modulu çevrənin radiusundan necə
asılıdır?
2. Verilmiş radiuslu çevrə üzrə hərəkətdə xətti sürət dövretmə periodundan necə
asılıdır?
3. Çevrə üzrə bərabərsürətli hərəkətdə çevrənin radiusunu 2 dəfə artırdıqda xətti sürət
və dövretmə periodu necə dəyişər?
1. Maddi nöqtə çevrə üzrə bərabərsürətli hərəkətə 1 nöqtəsindən başlayır. 1-2 nöqtələri
arasındakı yola periodun hansı hissəsinə bərabər zaman sərf edər?
2. Paltaryuyan maşının barabanı bərabərsürətli hərəkət edərək 1 dəqiqədə 600 dövr
edir. Barabanın dövretmə periodu və tezliyi nə qədərdir?
3. Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtənin dövretmə periodu 10
saniyədir. Maddi nöqtə 1 saata neçə dövr edər?
4. Radiusu 4 m olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövretmə tezliyi
-dir. Cismin xətti sürətini hesablayın (π=3).