Xətti sürət nədən asılıdır? Fərz edək ki, cisim R radiuslu çevrə üzrə bərabərsürətli hərəkət edir. Dövretmə perioduna bərabər zaman müddətində (t = T) gedilən yol çevrənin l = 2πR uzunluğuna bərabərdir (burada π = 3,14). Bu halda xətti sürətin modulunu asanlıqla təyin etmək olar:
Dövretmə tezliyinin n = 1/T olduğunu nəzərə alsaq, xətti sürətin dövretmə tezliyindən asılılıq düsturu alınır:
v = 2πRn.
Öyrəndiklərinizi tətbiq edin
Məsələləri həll edin.
1. Maddi nöqtə radiusu 2 sm olan çevrə üzrə bərabərsürətli hərəkət edir. Maddi
nöqtənin xətti sürəti
olarsa, dövretmə periodu və tezliyini təyin edin (π = 3):
Verilir: | Çevirmə | Həlli: | Hesablanması |
R = 2 sm π = 3 T→? n→? |
..... |
v = ....., T = ....., n = ...... |
T =......., n =........ |
Cavab: |
2. Cisim saat əqrəbinin hərəkəti istiqamətində çevrə üzrə bərabərsürətli hərəkət edir. Onun xətti sürəti M nöqtəsində hansı vektorla üstüstə düşür?
Nə öyrəndiniz?
Mövzu üzrə qısa esse yazın.