İskənə fırlanan bülöv daşında itilənir.
Təchizat: plastik çənbər, tennis topu.
Araşdırmanın gedişi:
1. Çənbəri masanın üzərinə qoyun və topu onun
daxilində yerləşdirin.
2. Çənbəri masadan qaldırmadan elə hərəkət etdirin
ki, top onun divarları boyu çevrə üzrə hərəkət
etsin ( a ).
3. Müəyyən zamandan sonra çənbəri qəfil
qaldırın və topun həmin an olduğu nöqtədən hansı istiqamətdə
sürət aldığını müşahidə edin.
4. Təcrübəni
daha iki dəfə təkrarlayın və hər dəfə hərəkətdə olan
top müxtəlif nöqtələrdə olduqda çənbəri qaldırın və
topun sürət vektorunun istiqamətinə diqqət yetirin.
Çevrə üzrə hərəkət edən maddi nöqtənin sürəti xətti sürət adlanır.
Çevrə üzrə hərəkətdə xətti sürət trayektoriyanın hər bir nöqtəsində çevrəyə toxunan istiqamətdə yönəlir. (b)
Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürətin ədədi qiyməti sabit qalır, lakin istiqaməti fasiləsiz dəyişir.