Araşdırmanın gedişi:
1. Yoldaşlarınızdan biri qələm gövdəsindən tutub
topu
yavaş,
lakin bərabər sürətlə fırlatsın. Siz isə saniyəölçəni işə salıb topun bir tam dövrünə
sərf olunan zamanı ölçün və alınan nəticəni iş vərəqinə köçürdüyünüz cədvəldə qeyd
edin.
2. Təcrübəni topun 10 və 15 tam dövrünə sərf etdiyi zamanları ölçüb cədvələ
yazmaqla təkrarlayın.
3. Alınan ifadələrə əsasən topun dövretmə periodunu və
tezliyini hesablayın.
№ | Tam dövrlərin sayı | Sərf olunan zaman (san) | Dövretmə periodu (san) | Dövretmə tezliyi |
1 | N1 = 1 | t1 = | T1 = | n1 = |
2 | N2 = 10 | t2 = | T2 = | n2 = |
3 | N3 = 15 | t3 = | T3 = | n3 = |
Nəticəni müzakirə edin:
Dövretmə periodu üçün aldığınız ifadələrdən
topun
çevrə
üzrə bərabərsürətli hərəkət etdiyi nəticəsinə gəlmək olarmı?
Dövretmə periodu
Dövretmə tezliyi
Çevrə üzrə hərəkət
__ən sadə əyrixətli hərəkətdir. Cismin çevrə üzrə tam bir dövr etməsi üçün sərf etdiyi zaman __ adlanır. Cismin vahid zamandakı dövrlərinin sayına bərabər olan fiziki kəmiyyət __ adlanır.
1. Dövretmə periodu ilə tezlik arasında hansı əlaqə vardır?
2. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə 2 dəq ərzində 1200 dövr edir.
Nöqtənin dövretmə periodu və tezliyini təyin edin.
3. Çevrə üzrə bərabərsürətli hərəkət edən cismin dövretmə tezliyi 4
olarsa, 8 san ərzindəki dövrlər sayını hesablayın.