ʋ = const.
Çevrə üzrə bərabərsürətli hərəkət müəyyən zamandan sonra təkrarlanır o, periodikdir.
Periodik hərəkət iki fiziki kəmiyyətlə xarakterizə olunur. Bunlar dövretmə periodu və dövretmə tezliyidir.
Burada T – dövretmə periodu, N – dövrlərin sayı, t – bu dövrlərə sərf olunan zamandır. Dövretmə periodunun BS-də vahidi saniyədir: [T] = 1san.
Çevrə üzrə hərəkətdə bir tam dövr nədir? Çevrə üzrə hərəkət edən cismin, məsələn, topun çevrənin ixtiyari nöqtəsindən (məsələn, A nöqtəsindən) başlayıb bir dəfə dövr etdikdən sonra yenidən həmin nöqtəyə gəlməsi onun bir tam dövr etməsidir ( e ). Topun hərəkətinə davam edərək həmin nöqtədən 2, 3... dəfə keçməsi isə onun çevrə üzrə 2 tam dövrü, 3 tam dövrü və s. hesab olunur.
Dövretmə tezliyi n hərfi ilə işarə edilir. Dövretmə tezliyini hesablamaq üçün dövrlərin sayını sərf olunan zaman müddətinə bölmək lazımdır:
Dövretmə tezliyinin BS-də vahidi:
Dövretmə periodu və dövretmə tezliyi qarşılıqlı tərs kəmiyyətlərdir: