– Bərabərsürətli hərəkətdə yol - ədədi qiymətcə sürət qrafikinin altındakı, altındakı, v və t olan düzbucaqlının sahəsinə bərabərdir (c).
Dəyişənsürətli hərəkət qrafikinə əsasən yolun təyini.• Dəyişənsürətli hərəkətdə də yol sürət qrafikinin altındakı fiqurun sahəsinə bərabərdir. Bu məqsədlə aşağıdakılara əməl olunması məqsədəuyğundur:
– Mürəkkəb hərəkətin qrafikindəki sınıq xətlərin
hər biri sadə hərəkətlər kimi hissələrə
ayrılmalıdır. Bu hissələrin altında sahələrini
hesablamaq asan olan sadə fiqurlar
(üçbucaqlı, düzbucaqlı və trapes) alınır:
– Hər bir hissənin altındakı fiqurun sahəsi hesablanır;
– Gedilən yol hesabladığınız fiqurların sahələri
cəminə bərabər olur.
Öyrəndiklərinizi tətbiq edin
Dəyişənsürətli hərəkətin qrafiklərinə əsasən yolu hesablayın:
Hərəkət | Sürət-zaman qrafiki | Sürət-zaman qrafikinə əsasən yolun hesablanması |
Velosipedçinin dağdan sərbəst enməsi (pedalları firlatmadan) | ||
Avtomobilin tormozlanması | ||
Hərəkətdə olan avtobusun dayanacağa doğru hərəkəti |