Öyrəndiklərinizi tətbiq edin
Nümunəyə uyğun verilən məsələləri həll edin.
1. Düzxətli hərəkət edən velosipedçi 0,9 km yolu 1 dəqiqəyə, sonrakı 400 m yolu isə
40 saniyəyə getmişdir. Velosipedçinin bütün yolda orta sürəti nə qədərdir?
Verilir: | Çevirmə: | Məsələnin həlli: | Məsələnin hesablanması: |
l1 =0,9 km t1 =1 dəq l2 =400 m t2 =40 san vor – ? |
900 m 60 san |
l – velosipedçinin getdiyi
ümumi yoldur: l= l1 + l2.
|
|
2. Avtomobil 300 km uzunluğunda yolun birinci yarısını 3 saata, qalan hissəsini isə 2
saata gedir. Avtomobilin bütün yolda orta sürətini hesablayın.
3. Azərbaycan stayeri (uzun məsafəyə qaçış idmançısı) Hayle İbrahimov 2011-ci ildə
3000 m məsafəni 7 dəq 42 san müddətinə qət etməklə Azərbaycanın yeni rekordunu
müəyyənləşdirmişdir. İdmançı hansı orta sürətlə qaçmışdır?
4. Avtovağzaldan hərəkətə başlayan (v0 = 0) avtobus 10 san sonra
sürət alır. Avtobusun təcilini təyin edin.
Təcil
Orta sürət
Dəyişənsürətli hərəkət
İstənilən bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr baş verərsə, bu__ adlanır.__gedilən ümumi yolun bu yolu getməyə sərf olunan zamana nisbətinə bərabərdir.__sürətin vahid zamanda dəyişməsinə bərabər olan kəmiyyətdir.
1. Dəyişənsürətli hərəkət bərabərsürətli hərəkətdən hansı əlamətlərinə görə
fərqlənir?
2. Nə üçün dəyişənsürətli hərəkətdə orta sürət adlanan fiziki kəmiyyətdən istifadə
edilir?
3. Avtomobilin spidometrinin göstərişini saatdan və yol kənarındakı məsafə
bildirən lövhədən istifadə etməklə necə yoxlamaq olar?
4. Təcil nədir?