4. Arabacığı damcıladıcı stəkanla birlikdə mail müstəvinin hündür hissəsində
yerləşdirib sərbəst buraxın. Hərəkət edən arabacıqdan müstəvi üzərinə düşən damcılar
arasındakı məsafələrə diqqət yetirin.
Nəticəni müzakirə edin:
1. Hərəkətdə olan arabacıqdan düşən damcılar arasındakı məsafələr bərabərdirmi?
2. Arabacığın bərabərsürətli hərəkət etdiyini demək olarmı?
İdmançının bütün məsafəni həmin sürətlə qaçdığını əminliklə söyləmək olarmı? Əlbəttə ki, yox. O, startda yavaş qaçmasına baxmayaraq, getdikcə sürətini artırır və sonda məsafəni daha böyük sürətlə başa vurmağa çalışır.
Beləliklə, sürəti o deməkdir ki, idmançı hər saniyədə orta hesabla 8 m məsafə qət etmişdir. Ona görə də dəyişənsürətli hərəkəti xarakterizə etmək üçün orta sürət anlayışından istifadə olunur:
Burada vor – orta sürət, l – gedilən ümumi yol, t – gedilən yola sərf olunan zamandır.
Düzxətli dəyişənsürətli hərəkətdə sürət dəyişməsini xarakterizə etmək məqsədilə təcil adlanan fiziki kəmiyyətdən istifadə olunur.
Burada a→ – cismin təcili, v→0 – cismin başlanğıc sürəti, v→ – onun son sürəti, t – sürət dəyişməsinin (v – v0 ) baş verdiyi zamandır.
TƏCİL vektorial kəmiyyətdir və BS-də vahidi - dir.