Trayektoriyası düz xətt olan hərəkətlər sürətinə görə iki cür olur: bərabər sürətli və dəyişənsürətli. Trayektoriyası düz xətt olan və sürəti hərəkət müddətində dəyişməyən cismin hərəkəti düzxətli bərabərsürətli hərəkətdir. Məsələn, əgər avtomobil düzxətli bərabərsürətli hərəkət edərək 20 san-də 500 m yol gedərsə, onun sürəti olar.
Bu, o deməkdir ki, avtomobil hər 1 san ərzində 25 m yol qət edir.
Beləliklə, cisim istənilən bərabər zamanlarda eyni yollar qət edirsə, o, bərabərsürətli hərəkət edir.
Düzxətli bərabərsürətli hərəkətdə sürətin qiymət və istiqaməti dəyişmir, sabit qalır:
Düzxətli bərabərsürətli hərəkətdə gedilən yol sürətlə zamanın hasilinə bərabərdir:
l = v • t.
Öyrəndiklərinizi tətbiq edinTəchizat: nümayiş xətkeşi (100 sm), saniyəölçən, sabun və qliserin qarışığı, sabun qovuğu yaratmaq üçün boru, ştativ, tutqac.
Araşdırmanın gedişi:
1. Xətkeşi ştativə şaquli vəziyyətdə
bərkidin və onun 100 sm bölgüsünün
yaxınlığında sabun qovuğu yaradın.
2. Saniyəölçəni işə salın, qovuğun
hər 25 sm məsafəni düşmə müddətini
ölçüb iş vərəqində qeyd edin.
3. Qovuğun bərabər yollarda düşmə
sürətlərini hesablayın.
Nəticəni müzakirə edin:
1. Qovuq bərabər yolları uyğun
olaraq hansı sürətlə düşmüşdür?
2. Sürətlərin müqayisəsindən
qovuğun bərabərsürətli hərəkət
etməsi nəticəsinə gəlmək olarmı?
Nə üçün?