Səs sürəti
Elastiklik
Səs lokasiyası
Əks-səda
Elastik mühit
Səs dalğalarının vahid zamanda __ yayıldığı məsafəyə bərabər kəmiyyət __. Səs dalğasının öz yolunda rast gəldiyi maneədən əks edərək qayıtması __adlanır. Səs sürəti mühitin __ asılıdır, o, bərk cisimlərdə maye və qazlara nisbətən daha sürətlə yayılır. Səs dalğaları vasitəsilə obyektlərin yerinin (onlara qədərki məsafənin) təyin edilmə üsulu __ adlanır.
Sual 1. Ağacdələn ağacın gövdəsində qurdun
olduğunu hansı üsulla təyin etdi? Bu üsulun fiziki
mahiyyəti nədən ibarətdir?
Sual 2. Təcrübəli həkimlər tibbi diaqnostikada
bədənin müxtəlif hissələrini perkussiya (zərbə
vurmaq, döyəcləmək) adlanan fiziki metodundan
istifadə edirlər. Perkussiya diaqnostikasının
əsasında hansı fiziki qanunauyğunluq durur?