Şimşək çaxması və göy gurultusu eyni vaxtda baş versə də , biz əvvəlcə şimşəyi görürük ( 1 ), bir neçə saniyədən sonra isə göy gurultusunu eşidirik (1). Nə üçün?
Səs dalğalarının yayılma sürəti mühitin elastikliyindən asılıdır. Araşdırmalar nəticəsində səsin müxtəlif mühitlərdə sürəti təyin edilmişdir ( bax: əlavələr - cədvəl 3 ). Cədvəldən görünür ki, səs bərk cisimlərdə daha sürətlə yayılır.
1. Kamertonu rezonatordan çıxarın və açılan
dəliyin üzərində su ilə doldurulmuş
menzurka (və ya stəkan) yerləşdirin.
2. Kamertonun gövdəsinə tıxac geydirin və
kamertonu rəqsə gətirib menzurkaya elə
daxil edin ki, tıxac suya 1-2 sm batsın ( a ).
Kamertonun səslənməsinə diqqət edin.
3. Rezonatorun dəliyi üzərində taxta çubuq
yerləşdirin. Kamertonu səsləndirib,
oturacağını çubuğun sərbəst ucuna
toxundurun ( b ). Kamertonun səslənməsinə
diqqət edin.
Nəticəni müzakirə edin.
Hansı mühitdə səs daha aydın və tez eşidildi?
Nə üçün?
Əks-səda – səs dalğalarının mühüm xassəsi onların qarşısına çıxan maneədən qayıtmasıdır.
• Səs dalğasının öz yolunda rast gəldiyi maneədən əks edərək qayıtması əks-səda adlanır.
Məsələn, dağın yaxınlığında yoldaşını səsləyən adamın bir neçə saniyədən sonra öz səsini eşitməsi – səsin əks-sədasıdır ( c ).