Lövhənin rəqsi davam etdikcə havanın sıxılıb-genişlənməsi də bir-birini əvəz edir və səs dalğalarının havada yayılması baş verir (e). Deməli, səs dalğası - havada yayılan uzununa dalğadır.
Öyrəndiklərinizi tətbiq edin
Təchizat: metal qaşıq (2 əd.), rezin boru (50-70 sm uzunluğunda şlanq),
akvarium
(və ya dərin plastmas ləyən), qıf (2 əd.), qayçı, rezin şar, skotç.
Araşdırmanın gedişi:
1. Rezin borunun uclarına qıfları taxın.
Qayçı ilə rezin şardan parça kəsin və qıflardan birinin ağzına keçirib skotçla
bərkidin.
2. Ləyənə su doldurub ağzı qapalı qıfı suya batırın.
3. Sinif yoldaşınız qaşıqları əvvəlcə havada, sonra isə suda bir-birinə vurub səsləndirərkən siz borunun digər ucundakı ağzı açıq qıfı qulağınıza yaxınlaşdırın ( f ).
16 Hs
20 000 Hs
Akustika
Səs dalğası
Uzununa dalğa
Kamerton
Elastik mühitdə yayılan mexaniki dalğaların növlərindən biri __. Musiqi alətlərinin köklənməsində istifadə edilən __ səs mənbəyidir. Səs havanın sıxılıb-genişlənməsi vasitəsilə yayıldığından o, __. Səsi öyrənən elm sahəsi __ adlanır. İnsan qulağı __tezlikli səs dalğalarını eşidir.