Dəniz sahilində dincələn zaman qarşınıza iri balıqqulağı çıxdıqda onu dərhal götürürsünüz. Çünki harada olmağınıza baxmayaraq (evdə, sinifdə, dağda və s.) onu qulağınıza yaxınlaşdırdıqda (dənizin səsini) eşidirsiniz.
Təchizat: oturacaqları
kəsilib götürülmüş və
yerinə kalka kağızı yapışdırılmış
ayaqqabı qutusu (2
əd.), ştativ (2 əd.), ipli
rəqqas (2 əd.: birinin
ucunda kiçik metal
kürəcik, digərinin ucunda
isə yüngül plastmas
kürəcik).
Araşdırmanın gedişi:
1. Qutuları ağzı açıq
tərəfləri qarşı-qarşıya
olmaqla bir-birindən 25–35
sm məsafədə yerləşdirin.
Rəqqasları qutuların arxa
tərəfində elə yerləşdirin ki,
tarazlıqda olan kürəciklər
onun kalkalı divarına
toxunsun ( a ).
2. Metal kürəciyi kiçik
bucaq altında tarazlıqdan
çıxarıb, sərbəst buraxın və
baş verən hadisənin
səbəbləri haqqında düşünün
və müzakirə edin ( b ).
1. Metal kürəcik sağ tərəfdəki qutunun kalkalı divarına zərblə toxunduqda nə üçün
tarazlıqda olan plastmas kürəcik sol qutudan itələndi?
2. Plastmas kürəcikli rəqqası rəqs etdirən nədir?
Səs dalğaları. Mexaniki dalğaların mühüm növlərindən biri səs dalğaları və ya sadəcə, səsdir. O da rəqslərin elastik mühitdə yayılmasıdır.