Eninə dalğada dalğa uzunluğu iki qonşu qabarıq və ya iki qonşu çökəklik arasındakı məsafə ( e ), uzununa dalğada isə iki qonşu sıxlaşma və ya seyrəkləşmə arasındakı məsafədir ( f ).
Dalğa sürəti rəqslərin mühitdə yayılma sürətidir. Dalğa elastik mühitdə bir rəqs perioduna bərabər müddətdə qədər məsafə qət etdiyindən onun sürəti aşağıdakı kimi təyin olunur:
Burada v – dalğa sürəti, T – rəqs periodudur. Deməli, dalğa sürəti dalğa uzunluğunun rəqs perioduna nisbətinə bərabərdir.
Nəzərə alınsa ki, dalğa sürəti üçün alarıq:
v = • v .
Öyrəndiklərinizi tətbiq edin
Məsələləri həll edin:
1. Dalğa uzunluğu 8 m, rəqs tezliyi 55 Hs olan dalğanın yayılma sürətini hesablayın.
2. Yayılma sürəti
uzunluğu 16 m olan dalğada rəqs periodunu təyin edin.
Dalğa sürəti
Uzununa dalğa
Dalğa uzunluğu
Eninə dalğa
Mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətinə perpendikulyardırsa, belə dalğa __ adlanır. __ isə mühitin zərrəciklərinin rəqsi dalğanın yayılma istiqamətində olur. Bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafə__. Rəqslərin mühitdə yayılma sürəti__.