Düzxətli bərabərsürətli hərəkət.
1. Şəkli diqqətlə müşahidə edin,
trayektoriyanın müəyyən hissəsində
idmançının qət etdiyi yollara
sərf etdiyi zaman fasilələrini
saniyəölçənin əqrəbinə əsasən
təyin edin (a).
2. Gedilən yolların və bu yollara
sərf olunan zamanların məlum
qiymətlərinə uyğun sürətlərini hesablayın:
Nəticəni müzakirə edin:
1. İdmançı hansı trayektoriya üzrə qaçır?
2. O,
l1 , l2 ,
l3
yollarının hər birinin qət edilməsinə uyğun olaraq hansı t1 ,
t2 ,
t3 zaman fasilələri sərf
etmişdir?
3. İdmançı bu bərabər yolların hər birini hansı sürətlə qaçmışdır?
4. O,
trayektoriyanın A–B hissəsini hansı sürətlə qət etmişdir?
5. İdmançının sürəti
haqqında hansı nəticəyə gəlmək olar?