Təchizat: qaytan (1–1,5 m), elastik yay, ştativ.
Araşdırmanın gedişi:
1. Qaytanın bir ucunu tərpənməz yerə (stul, istilik borusu) bağlayın, sərbəst ucunu
isə yuxarı-aşağı rəqs etdirməklə qaytan boyunca “yayılan dalğa” yaradın ( c ).
2. Elastik yayın bir ucunu iş masasının üzərindəki ştativə bağlayın. Ştativi tərpənməsin
deyə biriniz masaya sıxın, digəriniz isə yayın sərbəst ucunu masanın səthində irəli-geri
rəqs etdirin ( d ).
Nəticəni müzakirə edin:
Qaytanda və yayda hansı növ mexaniki dalğalar aldınız?
Fikrinizi əsaslandırın.
Dalğanı xarakterizə edən fiziki kəmiyyətlər – dalğa uzunluğu və dalğanın yayılma sürətidir.
Dalğa uzunluğu – bir rəqs periodu müddətində dalğanın yayıldığı məsafədir. Dalğa uzunluğu (yunan hərfi – lambda) ilə işarə edilir və BS-də vahidi – metrdir:
[ ] = 1 m.