Mexaniki dalğaların formaları. Mexaniki dalğalar formasına görə iki növ olur: eninə dalğa və uzununa dalğa.
Eninə dalğada mühitdəki zərrəciklərin rəqsi dalğanın yayılma istiqamətinə perpendikulyar olur.
Eninə dalğada mühit deformasiyaya məruz qalır, rəqslərin istiqaməti boyunca formasını dəyişir, qabarıq və çökəkliklər növbə ilə təkrarlanır ( a ).
Forma dəyişikliyi zamanı yaranan elastiklik qüvvələri yalnız bərk cisimlərdə yarandığından eninə dalğalar da əsas etibarilə bərk cisimlərdə yaranır. Mayelərin səthində də eninə dalğalar yarana bilir, lakin həmin dalğalar ağırlıq qüvvəsinin və maye səthinin gərilməsi hesabına yaranır.
Nəticədə mühitdə zərrəciklərin sıxlaşma və seyrəkləşməsi növbə ilə təkrarlanır – mühitdə həcm dəyişikliyi təkrarlanır ( b ). Belə dalğalar bütün mühitlərdə (bərk cisim, qaz və mayelərdə) yayılır.