Dalğa - rəqslərin zaman keçdikcə ixtiyari mühitdə yayılma prosesidir.
Dənizdə ləpələrin əmələ gəlməsi, mizrabın təsiri ilə yaranan titrəyişin tarın simi boyunca yayılması, simdə yaranan rəqsin mühitdə yayılması və s. dalğadır.
Mexaniki dalğa nədir? Mexaniki dalğa mexaniki rəqslərin zaman keçdikcə mühitdə yayılma prosesidir.
Mexaniki dalğanın mənbəyi - rəqs edən cisimdir (yaxud onu təşkil edən zərrəciklərdir). Mexaniki dalğa yalnız o mühitdə yarana bilər ki, həmin mühit rəqsi hərəkət nəticəsində deformasiyaya məruz qaldıqda elastiklik qüvvəsi meydana çıxır.