Araşdırmanın gedişi:
1. İpdən asılan kürəciyi tarazlıq nöqtəsindən 5 sm kənara çəkib saxlayın (məsafəni
xətkeşlə ölçün).
2. Kürəciyi sərbəst buraxın və eyni zamanda saniyəölçəni işə salın. Rəqqasın 3 tam
rəqsə sərf etdiyi zamanı qeyd edin.
3. Amplitudu və rəqslərin sayını dəyişməklə rəqs tezliyini hesablayın. Aldığınız
nəticələri iş vərəqinə köçürdüyünüz cədvələ yazmaqla onu tamamlayın.
Təcrübə sayı |
Amplitud (sm) |
Tam rəqslərin sayı (rəqs) |
Tam rəqslərə sərf olunan zaman (san) |
Rəqs tezliyi (Hs) |
1 | 5 | 3 | ... | ... |
2 | 4 | 1 | ... | ... |
3 | 6 | 2 | ... | ... |
Nəticəni müzakirə edin:
1. Rəqs tezliyini hansı düsturla təyin etdiniz?
2. Amplitud və rəqslərin sayını dəyişməklə yaylı rəqqasın rəqs tezliyi üçün
hesabladığınız ifadələrdən nə “kəşf” etdiniz?
Rəqs amplitudu
Rəqs periodu
Hers
Rəqs tezliyi
Tam rəqs
Rəqqasın bir kənar vəziyyətindən digər kənar vəziyyətinə və oradan da əksinə, əvvəlki kənar vəziyyətinə qayıtması adlanır. __ cismin tarazlıq vəziyyətindən ən çox uzaqlaşdığı məsafədir. Rəqqasda bir saniyədə baş verən rəqslərin sayı __. Onun BS-də vahidi __. Bir tam rəqsə sərf olun zaman __.
1. Məməlilərdə ürək döyüntülərinin tezliyi ölçülərindən asılıdır: ölçü artıqca, tezlik də azalır. Verilən məməlilərin ürək döyüntülərinin tezliyini vahidi ilə təyin edin.
2. Rəqs periodu 2 san olan rəqqas 4 rəqsə nə qədər vaxt sərf edər?
3. Rəqqas 10 san-də 6 rəqs edir. Onun rəqs tezliyi nə qədərdir ?