Təchizat: uzunluğu 50-60 sm ipli rəqqas ( b ),
saniyəölçən.
Araşdırmanın gedişi:
1. Rəqqası tarazlıq nöqtəsindən 4 sm kənara
çəkib saxlayın (məsafəni xətkeşlə
müəyyənləşdirin).
2. Kürəciyi sərbəst buraxın və eyni zamanda
saniyəölçəni işə salın. Rəqqasın
tam bir rəqsə sərf etdiyi zamanı qeyd
edin.
3. Amplitudu və tam rəqslərin sayını dəyişməklə
rəqs periodunu hesablayın. Aldığınız
nəticələri iş vərəqində cədvələ
yazmaqla tamamlayın.
Təcrübə sayı |
Amplitud (sm) |
Tam rəqslərin sayı (rəqs) |
Tam rəqslərə sərf olunan zaman (san) |
Rəqs periodu (san) |
1 | 4 | 1 | ... | ... |
2 | 2 | 2 | ... | ... |
3 | 5 | 3 | ... | ... |
Nəticəni müzakirə edin:
1. Rəqs periodunu hansı düsturla təyin etdiniz?
2. Amplitud və tam rəqslərin sayını dəyişməklə ipli rəqqasın rəqs periodu üçün
hesabladığınız ifadələrdən nə “kəşf”etdiniz?
Rəqs tezliyi. Rəqs tezliyi – bir saniyədə baş verən rəqslərin sayıdır. Rəqs tezliyi – yunan hərfi v (nü) ilə işarə olunur. Rəqqas t zaman müddətində N sayda tam rəqs edərsə, onun rəqs tezliyi bu düsturla ifadə olunar:
Rəqs tezliyinin BS-də vahidi bir saniyədə bir rəqs edən rəqqasın tezliyi qəbul edilərək hers (Hs) adlanır. Bu vahid alman fiziki Henrix Hersin şərəfinə adlandırılmışdır:
Rəqs periodu və rəqs tezliyi biri digərinin tərsidir:
Təchizat: 35-40 sm uzunluqlu ipdən asılan 25 mm diametrli kürəcik, ştativ, saniyəölçən, xətkeş.