Təchizat: kartondan kəsilmiş ixtiyari müstəvi fiqur, şaqul,
ştativ.
Araşdırmanın gedişi:
1. Fiquru ixtiyari ucundan, məsələn, A
nöqtəsindən asın və bu nöqtəyə şaqul bağlayın.
2. Karandaşla
şaqul boyu fiqur üzərində düz xətt çəkin.
3. Fiquru bir neçə dəfə
müxtəlif nöqtəsindən asın və onu hər dəfə şaqul boyu xətləyin.
4. Alınan xətlərin kəsişmə nöqtəsini (
“O” nöqtəsi) qeyd edin və
fiquru həmin nöqtədə karandaşın sivri ucu üzərinə yerləşdirin.
Nəticəni müzakirə edin:
Nə üçün fiqurun “
O”
nöqtəsini sivri
ucluqda yerləşdirdikdə o, tarazlıqda qaldı? Həmin nöqtə nə
adlanır?