Tarazlığın növləri.
Tarazlığın üç növü var: dayanıqlı,
dayanıqsız və fərqsiz tarazlıq.
- Dayanıqlı tarazlıq – tarazlıq vəziyyətindən çıxarılan cismin əvvəlki vəziyyətinə özbaşına
qayıtdığı halıdır.
Cismin dayanıqlı vəziyyəti onun ən kiçik (minimum) potensial enerji səviyyəsinə malik olduğu haldır.
Cismi belə haldan çıxarmaq ona əlavə potensial enerji verilməlidir. Ona görə də, tarazlıq çıxarılan
bu cismi buraxdıqda o, artıq enerjisini azaldaraq özbaşına minimum potensial enerji səviyyəsindəki
halına qayıdır (b).
b
- Dayanıqsız tarazlıq – tarazlıq vəziyyətindən çıxarılan cismin əvvəlki vəziyyətinə
özbaşına qayıda bilmədiyi haldır. Belə halda cismin potensial enerjisi minimum potensial enerji
səviyyəsindən yüksək olur. Ona görə də, dayanıqsız tarazlıqlıqdan çıxarılan cisim minimum enerji
səviyyəsini almağa çalışaraq, öz-özünə əvvəlki halına bir daha qayıtmır (c).
c
- Fərqsiz tarazlıq — cismin ixtiyari vəziyyətində tarazlığını saxladığı haldır. Belə
tarazlıqda olan cisim istənilən vəziyyətdə minimum potensial enerji səviyyəsindədir (d).
d