1. Cisim qüvvədə 3 dəfə qazanc verən mail müstəvidə bərabər sürətlə 60 sm hündürlüyə qaldırılır. Mail müstəvinin uzunluğunu təyin edin .
2. Çəkisi 600 N olan yük ling vasitəsilə qaldırılır. Bu zaman lingin uzun qolunun 200 N qüvvə təsir edən nöqtəsi 3 m aşağı yerini dəyişir. Yük hansı hündürlüyə qaldırılmışdır (lingin çəkisi nəzərə alınmır)?
3. Eyni kütləli yük üç mail müstəvi üzrə bərabər sürətlə qaldırılır. Mail müstəvidə görülən faydalı işlər arasında hansı münasibət var (sürtünmə nəzərə alınmır)?
4. FİƏ 80% olan mail müstəvidə yükü bərabər sürətlə qaldırarkən 500 C iş
görülür. Faydalı işi təyin edin.
5. Kütləsi 300 kq olan cismi 9 m uzunluqlu mail müstəvi üzrə 3 m hündürlüyə bərabər
sürətlə qaldırmaq üçün tətbiq olunan dartı qüvvəsini təyin edin