Sadə mexanizmlərin ən geniş yayılan növlərindən biri mail müstəvidir.
AB mail müstəvinin uzunluğu (l), BC isə hündürlüyüdür (h). Cismi müəyyən hündürlüyə mail müstəvi üzrə qaldırarkən sürtünmə qüvvəsini nəzərə almasaq, tətbiq olunan qüvvə cismə təsir edən ağırlıq qüvvəsindən kiçikdir. Deməli, mail müstəvi də digər sadə mexanizmlər kimi qüvvədə qazanc verir.
Öyrəndiklərinizi tətbiq edin
Məsələləri həll edin:
1. Kütləsi 80 kq olan çəlləyi 5 m uzunluqlu mail müstəvi üzrə bərabər sürətlə diyirləndirib 1 m hündürlüyə qaldırmaq üçün nə qədər qüvvə tətbiq olunar? Qüvvədə nə qədər qazanc əldə olundu (sürtünmə nəzərə alınmır, )?