Yerdəyişmə
Hesablama cismi
Trayektoriya
Maddi nöqtə
Yol
Zaman
Hərəkət hansı cismə nəzərən öyrənilirsə, o__.
Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim_ adlanır.
__ cismin (maddi nöqtənin) hərəkət edərkən cızdığı görünən və ya görünməyən izidir.
Hərəkət trayektoriyasının uzunluğu__adlanır.
Hərəkətin başvermə müddəti__ölçülür.
Hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçası__adlanır.
1. Hərəkəti trayektoriyanın formasına görə necə təsnif etmək olar?
2. Gedilən yol yerdəyişmədən nə ilə fərqlənir?
3. Hansı halda yerdəyişmə ədədi qiymətcə yola bərabər olar?
4. Dostlarınızla birlikdə belə bir təcrübə aparın: velosipedinizin diskinə işıq
əksetdiricisi bərkidin. Təkər fırlandıqda əksetdiricinin trayektoriyası hansı
əyrini cızar:
a) sizə (yaxud velosipedin yanı ilə velosipedlə eyni sürətlə qaçan
dostunuza) nəzərən;
b) kənarda duran və yanından ötüb keçdiyiniz dostunuza nəzərən?
LAYİHƏ
Evinizdən məktəbə qədər olan yol neçə metrdir (və ya km-dir)?
Bunun üçün evdən məktəbə qədər məsafənin neçə addım olduğunu sayın. Xətkeşlə bir addımınızın uzunluğunu ölçün. Bir addımın uzunluğunu addımların sayına vuraraq evdən məktəbə qədərki məsafəni təyin edin.
Qeyd. Əgər eviniz ilə məktəb arasındakı məsafə çox böyükdürsə (ictimai nəqliyyatla gedib-gəlirsinizsə), evinizdən daha yaxın məsafə (tez-tez gedib-gəldiyiniz) götürə bilərsiniz.