Ling tipli sadə mexanizmlərdən biri də blokdur. Blok – kranlarda qaldırıcı mexanizmin əsas hissəsindən biridir.
Nov ondan ip, kəndir, buraz, zəncir buraxılması üçündür. Bloklar iki cür olur: tərpənməz blok və tərpənən blok.
Tərpənməz blok – elə bloka deyilir ki, yük qaldırıldıqda onun oxu yerini dəyişmir. Tərpənməz blok qüvvədə qazanc vermir, qüvvənin istiqamətini dəyişir. Tərpənməz blokun iş prinsipi – qüvvə qolları bərabər olan lingin tarazlıq şərtinə uyğundur: qüvvə qolları çarxın radiusuna bərabərdir (a).
Tərpənən blokun oxu yüklə birlikdə qalxır və enir (blokun çəkisi yükün çəkisi ilə müqayisədə kiçik olduğundan nəzərə alınmır). Bu blokda ipin sərbəst ucuna təsir edən qüvvənin qolu yükə təsir edən ağırlıq qüvvəsinin qolundan 2 dəfə böyükdür. Bu səbəbdən tərpənən blok qüvvədə iki dəfə qazanc verir (b):