Şarların da havaya qalxması üçün arximed qüvvəsi ağırlıq qüvvəsindən böyük olmalıdır. Şarlar havada yuxarı qalxdıqca arximed qüvvəsi azalır, çünki havanın sıxlığı azalır. Keçmişdə şarın daha yuxarı qalxması üçün qandola bağlanan ballastlar (xüsusi yüklər) atılırdı. Bu yolla şara təsir edən ağırlıq qüvvəsi azaldılır.
Öyrəndiklərinizi tətbiq edin