• Yol - hərəkət trayektoriyasının uzunluğudur.
Cismin hərəkəti zamanı başlanğıc məntəqədən son məntəqəyə qədər trayektoriyanın uzunluğunu ölçsək, gedilən yolu (və ya sadəcə, yolu) təyin etmiş oluruq.
Yol - müsbət skalyar kəmiyyətdir. O, l və ya kiçik s hərfi ilə işarə edilir.Yolun BS-də vahidi metrdir (m): [ l ] = 1m.
• Yerdəyişmə - hərəkət trayektoriyasının başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır.
Yerdəyişmə vektorial kəmiyyətdir və üzərində ox olan kimi işarə edilir. Onun da BS-də vahidi metrdir (m): [s] = 1m.
Yerdəyişmənin modulu, yəni vektorial kəmiyyətin ədədi qiyməti - araşdırılan hərəkət trayektoriyasının baxılan iki nöqtəsi arasındakı ən qısa məsafədir. Məsələn, arının bir çiçəkdən digər çiçəyə uçduğu trayektoriyanın uzunluğu yol, çiçəklər arasındakı ən qısa məsafəni göstərən ox isə yerdəyişmədir (c). Trayektoriyası düz xətt olan cismin getdiyi yol və yerdəyişmə üst-üstə düşür.
Öyrəndiklərinizi tətbiq edin
Şəkildə maddi nöqtənin O məntəqəsindən A məntəqəsinə hərəkət trayektoriyası təsvir edilmişdir. Maddi nöqtənin getdiyi yolu və yerdəyişməsini təyin edin.