“Ey mənim əzizim! Sən insansan. İnsan dünyada hər şeydən üstün yaranmışdır. İnsanlar arasında kim çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli, iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli olmuşlar. Belə adamların sözləri bizə nəsihətdir”.
Yada salın.
- | Müdrik adam kimə deyilir? |
- | Fikir və əməlləri ilə xalqımıza, vətənimzə böyük fayda vermiş, həqiqətə həmişə sadiq qalmış insanlar haqqında nə bilirsiniz? |
- | Müdrik fikirlərin əks olunduğu əsərlərin oxucu üçün əhəmiyyəti nədir? |
- | Belə əsərlərdə daha çox nə barədə oxumaq istərdiniz? |
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- | Misraların hər birində ifadə olunmuş fikri anlamaqla oxunu davam etdirin. |
- | Aydın olmayan mətləbləri parta yoldaşınızla müzakirə edin. |
- | Tanış olmayan sözlərin, ifadələrin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın. |
- | Mətnkənarı sualların üzərində fikirləşin, ilkin cavablar hazırlayın. |
Düşünün, sonuncu dərsdə müzakirə edin.
Müdrikliyə aparan yol, sizcə, nədir?
Qədim bir kitabda verilmiş xəbər -
İranda bir həkim varmış mötəbər.
Ümidi yox ikən onun sabaha,
Belə bir sifariş göndərdi şaha:
“Onun üzüyünü böyük hökmdar,
Ən müdrik adama versin yadigar”.
Şah bu vəsiyyəti icra edərkən
Ehtiyat edirdi divanələrdən.
Çünki hər dövlətli, kasıb, hər gəda
Özünü ən müdrik bilir dünyada.
Nəhayət, hamını çağırtdırdı şah,
Onları mətləbdən eylədi agah.