O bilmədi ki, son gülləsi Xocalıdan Şelliyə pənah gətirən neçə həmyerlisini xilas etdi. Əlif onu da bilmədi ki, ölümündən sonra ona Milli Qəhrəman adı verildi. Haqqında dastanlar qoşuldu. Yüzlərlə ana təzə doğulan körpəsinə onun adını verdi...
__________________________
a) Əsər hansı mövzudadır?
Sizə məlumdur ki, əsərdəki əhvalat və hadisələrin əhatəli öyrənilməsi, onlarda ifadə olunmuş fikirlərin dərindən mənimsənilməsi mövzunun aydınlaşdırılmasına imkan yaradır. Bu istiqamətdəki səmərəli işiniz sizə uğur gətirəcəkdir.
b) Yazıçı əsərdə diqqəti hansı problemə cəlb etmək istəmişdir?
Bilirsiniz ki, əsərdə qaldırılan problemlər çox ola bilər. Lakin bunlardan biri əsas, mühüm olur və yazıçı onun bədii həllini ön plana çəkir. Əsərin mövzusu, məzmunu barədə öyrəndikləriniz, eləcə də indiyə kimi mənimsəmiş olduğunuz bilik və bacarıqlar ondakı başlıca problemi müyyənləşdirməyə imkan verəcəkdir.
c) Yazıçı bədii təsvir və ifadə vasitələri ilə nəyə nail olmuşdur?
Müəyyənləşdirilmiş bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələrin üzərində müşahidə aparmaq, bədiiliyin yaranmasında onların əhəmiyyətini aşkara çıxarmaq və s. bağlı mənimsədiyiniz bacarıqlar sualın cavabını hazırlamağınıza yardım edəcəkdir.
ç) Əsərdəki başlıca fikir - ideya nədir?
Bilirsiniz ki, əsərdəki əhvalat və hadisələrin, bütövlükdə məzmunun, bədii xüsusiyyətlərin, obrazların xarakter, davranış və əməllərinin əhatəli mənimsənilməsi müəllifin başlıca fikrinin - əsərin ideyasının müəyyənləşdirilməsinə yol açır. Bu istiqamətdə mənimsədiyiniz bilik və bacarıqları tətbiq etməklə sualın cavabını aydınlaşdıra biləcəksiniz.