1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın. İkinci Qarabağ müharibəsindəki tarixi qələbəmizə çoxlu bədii əsər həsr olunub. Öyrəndiyiniz “Qələbə müjdəsi” şeiri maraqlı məzmunu, yüksək bədiiliyi ilə seçilir. Şeirin üzərində müşahidələrinizi davam etdirin, məcazlar da daxil olmaqla bədiiliyi artıran vasitələrin rolunu aydınlaşdırmağa çalışın.
Bədii ifadə vasitəsi olan təkrirdən istifadə olunması bədii əsərin təsir gücünü qat-qat artırmışdır. Təkrir eyni sözün, ifadənin təkrar olunmasına deyilir:
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, Vətənimdir, Vətənim. (A.Səhhət)
İkinci misradakı Vətənimdir, Vətənimdir, Vətənim sözləri fikri qüvvətləndirmək məqsədilə işlədilmiş təkrirdir. Təkririn iki növü var: Anafora, epifora. Anafora cümlənin, misranın başlanğıcında gələn təkrirdir. Epifora isə cümlənin, misranın sonunda təkrar olunan söz və ifadələrdir.
“Qələbə müjdəsi” şeirinin ikinci bəndində təkrar olunan oğulların sözləri epiforadır: Sənə sahib çıxdı mərd oğulların... Dosta dost, düşmənə sərt oğulların!
Araşdırın Fikirləşin Cavab verin2. Şeiri qələbəyə həsr edilmiş digər bir əsərlə (“Sinifdənxaric oxu” materialları”ndan seçə bilərsiniz) müqayisə edin. Oxşar və fərqli cəhətlərini aydınlaşdırmağa çalışın.
Hansı cəhətlərinə görə müqayisə olunurlar? | Əsərlərin adı | ||||
“Qələbə müjdəsi” | |||||
3. Şeir Qarabağ müharibəsi haqqında bildiklərinizə və təsəvvürünüzə yeni nə əlavə etdi? Ayrı-ayrı bəndlərdə əksini tapmış məlumat, hiss və düşüncələri xatırlamaqla suala cavab hazırlayın. Cədvəldən istifadə edin.
Şeiri öyrənməzdən əvvəl təsəvvürüm: | ................................... |
Şeiri öyrəndikdən sonra təsəvvürüm: | ................................... |
4. Şeirdəki hansı misra və bəndləri daha uğurlu hesab edirsiniz? Nə üçün?
Şeirdə uğurlu hesab etdiyim misra və bəndlər | Bunun səbəbi |
5. Təsvir və ifadə vasitələrinin bədiiliyin və fikrin təsir gücünün artmasındakı rolunu nümunələrlə əsaslandırın.
Təsvir və ifadə vasitələrinin işləndiyi misralar | Bədiiliyin, fikrin təsir gücünün artmasında rolu |
➔