←
Araşdırın Fikirləşin Cavab verin2. Hekayənin mövzusunu və onda qaldırılmış başlıca problemi müəyyənləşdirin. Çıxardığınız nəticəyə əsasən cədvəldə qeydlər edin.
Əsərin mövzusu | Əsərdə diqqətə çatdırılan başlıca problem | Problemin həllini yazıçı nədə görür? | Siz necə fikirləşirsiniz? |
3. Yazıçının münasibətini aydınlaşdırmaqla Azad obrazını səciyyələndirin. Sxemdən istifadə edin.
Obrazın adı: Azad Yazıçının ona münasibəti: ________________________________________________________________ Sizin ona münasibətiniz: _________________________________________________________________
4. Azad və Fərda obrazlarının oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirin. Venn diqaramından, yaxud müqayisə cədvəlindən istifadə edin.
5. Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Yazıçının mövqeyini ifadə edən obrazın sözlərini nümunə göstərin.
Fikirlərdən hansı əsərin ideyasını dolğun əks etdirir? | Nə üçün belə düşünürsünüz? | Yazıçının mövqeyini ifadə edən sözlər |
Milli azadlığa nail olunması | ||
Ana dilində oxuyub-yazmaq hüququnun əldə edilməsi | ||
Yaxşı, firavan həyatın, dolanışığın təmin olunması | ||
Azərbaycanın birləşməsi arzusunun gerçəkləşməsi |
6. Əsəri öyrəndiyiniz digər bir janra (əfsanə, nağıl və s.) məxsus nümunə
ilə müqayisə etməklə hekayə janrında olduğunu əsaslandırın. Venn
diaqramından, yaxud müqayisə cədvəlindən istifadə edin.
7. Cənub mövzusunda yazılmış bir əsəri nəzərdən keçirin. “Azad” hekayəsi
ilə səsləşən fikirləri müəyyənləşdirib müzakirə edin. (Dərslikdəki
“O sahildə, bu sahildə”, yaxud 5-ci sinif dərsliyindəki “Yaşayanlar
görəcəkdir” şeirini seçə bilərsiniz).
Evdə iş
Öyrəndiyiniz hekayədən aldığınız təəssüratı fərqli dinləyicilərə (müəlliminizə, valideyninizə, dostunuza) necə danışardınız? Qısaca yazın.