Hekayədən seçilmiş epizodlar | Obrazlar haqqında məlumat |
Birinci epizod: | |
İkinci epizod: |
Hekayədən seçilmiş cümlələr | Əlavə edilən bədii təsvir və ifadə vasitələri | |||
epitet | təşbeh | bədii sual | ||
Mövzulardan birini seçib işləyin. Tövsiyələrdən (səh.169-173) faydalanın.
1. “Hekayədə unuda bilmədiyim epizod hansı oldu?” mövzusunda inşa yazın.
2. “Azad obrazı haqqında düşüncələrim” mövzusunda yığcam esse yazın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Hekayə ikiyə bölünmüş Vətənimizin cənubunda – Cənubi Azərbaycanda bir müddət əvvəl baş vermiş hadisələr əsasında yazılmışdır. Müstəmləkə şəraitində yaşayan soydaşlarımız dəfələrlə milli-azadlıq mübarizəsinə qalxmış, ölüm-dirim savaşına girmişdir. Ana dilində oxuyub-yazmağın, bəzən danışmağın da qadağan olunduğu bir ölkədə yaşamağın mümkünsüzlüyü bu gün də tez-tez etirazlara, kütləvi çıxışlara səbəb olur.
Azad, Fərda kimi minlərlə gənc azadlıq uğrunda canlarından belə keçməyə hazır olduqlarını sübut etmişlər. Bu obrazların həyat, Vətən haqqındakı düşüncələrini əsərdəki təsvirlərə diqqət yetirməklə aydınlaşdırmağa çalışın. Çıxardığınız nəticələr sonrakı fəaliyyətinizdə yardımçınız olacaqdır.
➔