– Anamı öp, öldüyümü ona söyləmə, yazıqdır... – dedi və əbədi olaraq gözlərini yumdu.
Mən qeyri-ixtiyari ayağa durdum... Üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan fədailərə baxdım:
– Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək... And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan döndərə bilməz!..
Eşq olsun qəhrəmanlara! Xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər, ancaq onlar azadlıq bayrağını ucalara qaldıra bilərlər! Yaşasın azadlıq!
Fədailər bir səslə:
– Yaşasın azadlıq! – deyə qışqırdılar və tüfənglərini havaya qaldırdılar.
Biz onu öz vəsiyyətinə görə uca bir yerdə basdırdıq.
Oradan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünürdü.
Hadisələr | Onlardakı başlıca fikirlər |
Birinci hadisə | |
İkinci hadisə | |
................................ | ................................ |
Hadisələr | Obrazların davranışı | Obrazların əməlləri | Obrazların nitqi - danışığı |
Birinci hadisə (iştirakçılar) | |||
İkinci hadisə (iştirakçılar) |
a) Fərdanın nitqi - danışığı onu mənə necə tanıtdı.
b) Azadın kiçik ailəsi haqqında təsəvvürüm.
Evdə iş
1. Hekayənin ardını evdə oxuyun.
2. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.