←
Evdə iş
Mövzulardan birini seçib işləyin.
Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Yurdumuza həsr olunmuş əsərlərin içərisində S.Vurğunun “Azərbaycan” şeirinin xüsusi yeri var. Dillər əzbəri olan, xalq mahnısına çevrilən bu şeirin məzmunu onun maraqla oxunmasına, sevilməsinə səbəb olmuşdur. Onun sevilməsinin bir mühüm səbəbi də ustalıqla yazılmasıdır. Hər misra, hər bənd oxucunun gözləri qarşısında gözəl bir mənzərə canlandırır. Dilinin şirin və axıcı olması elə ilk misralardan oxucunu valeh edir. Şeirin bədii gözəlliyini artıran vasitələr çoxdur. Onların aydınlaşdırılması tapşırıqların yerinə yetirilməsi üçün əhəmiyyətlidir.
Şeir doğma yurdumuza həsr olunmuş digər əsərlərdən hansı cəhətlərinə görə fərqlənir? Cədvəldə qeydlər aparmaqla onu tanış olduğunuz digər əsərlə müqayisə edin.
Hansı cəhətlərinə görə müqayisə olunurlar? | Əsərlərin adı | |
“Azərbaycan” |
Bədii təsvir və ifadə vasitələrinin əsərə gətirdiyi gözəlliyi izah edin.
Bədii təsvir və ifadə vasitələrinə aid nümunələr | Əsərin bədii gözəlliyinin – təsir gücünün artırılmasında onların rolu |
➔