9. Aşağıdakı parçalarda işlənmiş bədii ifadə vasitələrinin növünü, fikrin
təsir gücünün artırılmasındakı rolunu müəyyənləşdirin.
Əsərdən parçalar |
Bədii ifadə
vasitələrinin növü
|
Fikrin təsir gücünün
artmasında rolu
|
-
“Koroğlu qazanı çəkdi
qabağına. Qərəz, neçə qazan
boşaltdı, bilmirəm,
baxdı ki, day doyub...
Yağlı əlləri ilə bığlarını
eşib durdu ayağa, gəldi
paşaların məclisinə”.
|
|
|
-
“Ağrının şiddətindən pələng
elə bağırdı ki, dağ-daş
yerindən oynadı. Bütün
heyvanlar gizlənməyə yer
axtardı. Səsi ovçu Murad
da eşitdi. Yerini
müəyyənləşdirib cəld ora
yollandı. Yerdə qıvrılan
pələng yumruğa dönmüşdü.
Ovçuya heç gözünün
ucuyla da baxmadı.”
|
|
|
Evdə iş
Birini seçib işləyin.
- Bədii ifadə vasitələrinin işləndiyi bir neçə cümlə yazın.
- Bədii əsərlərdən mübaliğə və litotaya aid nümunələr seçin.