T
Tağ - burada: bəzi binaların yarımdairə şəklində olan damı; qovun, qarpız və s. yerdə
sürünən kolu
Taziyanə - qırmanc, qamçı
Təb - şeir demək, musiqi yazmaq, mahnı oxumaq meyli, ilham
Təbil - iri nağara; keçmişdə qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək kimi məqsədlərlə
istifadə olunan musiqi aləti
Terror - öz siyasi və sinfi düşmənlərinə qarşı onları cismən məhv etməyə qədər zorakı tədbirlər siyasəti
Təfavüt - fərq
Təhdid - qorxutma, hədələmə, hədə-qorxu
Təlaş - həyəcan, iztirab, təşviş
Təlqin - hər hansı bir fikri, hissi qəbul etdirmək üçün birinin iradəsinə, psixikasına təsiretmə,
beyninə yeritmə
Təzim eləmək - baş əymək
Tənab - ip,örkən
Təntimək - darıxmaq, hövsələsini itirmək, tələsməkdən canı sıxılmaq
Təsəlli - bir acını az da olsa unutduracaq, dərdi, kədəri, qəmi yüngülləşdirəcək söz, nəsihət və ya
yaxşılıq; ovundurma, təskinlik
Təşrif - öz gəlişi ilə bir şəxsi və ya bir yeri şərəfləndirmə, buyurub gəlmə
Təşviş - narahatlıq, təlaş, həyəcan
Tətik - odlu silahların atəş açmaq üçün barmaqla geri çəkilən manivelası
Təvəqqe - xahiş, dilək
Təvəllüd - doğulma, anadanolma
Təzim - baş əyərək salam vermə, baş endirmə
Töhmət - danlama, danlayış, məzəmmət, danlaq
Tuluq - içində yağ, maye və s. saxlamaq, nehrə çalxalamaq üçün qab kimi işlədilən bütöv qoyun və ya keçi
dərisi
Ü
Üləma - 1. alimlər; 2. islamda: ilahiyyət biliciləri və hüquqşünaslarına verilən ad
Üzəngi - süvarinin ayağını dirəməsi üçün yəhərin iki tərəfindən asılı, altı düz dəmir halqalardan hər biri
V
Vahimə - xəyala gələn qorxulu şeylər, hövl, təşviş, narahatlıq
Verst - 1,06 kilometrə bərabər uzunluq ölçüsü
Vəcd - şövq, həvəs, sevinc, ruh yüksəkliyi
Vədə - bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət
Vəngildəmək - vurulmaqdan və ya başqa bir səbəbdən itin yazıq-yazıq, ucadan səs çıxarması
Vəznə - 1. Tərəzi, tərəzi daşı; 2. Barıt qabı
Vücud - cisim, bədən
Vüqar - öz mənliyini yüksək tutma, təmkin, ağırlıq, ciddiyyət, başucalıq
Y
Yaba - ot, saman və başqa bu kimi şeyləri toplayıb atmaq, qaldırmaq üçün