İstehkam - düşməndən qorunmaq məqsədi ilə düzəldilən səngər, sədd, qala,
divar, müdafiə tikintiləri
İttifaq - əhvalat, hadisə
İzzəti-calal - hörmət, təmtəraq
K
Kandar - qapı ağzı, astana
Karxana - fabrik, zavod, emalatxana
Karvan - bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən, dəvə)
qatarı
Kəsb - çalışıb qazanma və bunun nəticəsində əldə edilən qazanc, gəlir
Kəşkül - hind qozunun qabığından düzəldilmiş qab; dərvişlər gəzdirirdilər.
Kolxoz - sosializm dövründə kollektiv təsərrüfat
Konqres - geniş miqyaslı beynəlxalq qurultay, müşavirə, yığıncaq
Köhlən - harın bəslənmiş, yaxşı baxılmış
Kösöv - bir hissəsi yanıb qaralmış, yaxud yanıb sönməkdə olan odun parçası
Külüng - daş çıxarma və torpaq qazıma işlərində istifadə edilən bir ucu sivri, o
biri ucu enli alət
Kündə - burada; qaçmasın deyə dustağın ayaqlarına, əllərinə və ya boynuna
vurulan ağır şey
Q
Qaldırım - səki
Qalxan - qədim müharibələrdə qılınc və s. zərbəsindən qorunmaq üçün əldə
tutulan dairə və ya düzbucaqşəkilli sipər (ağac, metal, dəridən)
Qamət - boy, boy-buxun, qədd
Qandal - məhbusların əl və ayaqlarına keçirilən dəmir halqalı zəncir
Qanqal - yarpağı tikanlı alaq bitkisi
Qaravaş -qulluqçu qadın (qız)
Qart - qocalmış, qoca
Qatar - burada: bir qayış üzərinə düzülmüş güllə sırası, patrondaş
Qaynaq - bir şeyin qaynayıb çıxdığı yer, mənbə
Qeysər - Qədim Roma və Bizans hökmdarlarına verilən ad, padşah
Qeyzlənmək - hiddətlənmək, qəzəblənmək, bərk acığı tutmaq
Qədək - pambıqdan toxunma sadə və ucuz parça
Qəhər - bir məhrumiyyət, haqsızlıq və ya üzüntüdən doğan hədsiz ruhi əzab və
iztirab
Qənşər - qarşı tərəf, ön tərəf; irəli, qabaq
Qəyyum - həddi-buluğa çatmamış uşaqlara və onların mal-mülkünə nəzarət
edən adam
Qibtə - başqalarının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa
yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların
həsrətini çəkmə
Qovğa - dava-dalaş, vuruşma, qalmaqal
Qran - bir riala bərabər İran gümüş pulu
Qubar - dərd, qəm, qüssə
Quruş - qəpik
Quzey - dağın, evin və s. gün düşməyən, günəş görməyən yeri, həmişə kölgəli
yer
Qürur - iftixar, mənlik hissi, təmkin