A
Alaçıq - çubuqdan qurulub üstü keçə ilə örtülən köçəri mənzili, çadır
Alay - qoşun vahidi, polk
Amal - qayə, məqsəd, arzu, dilək, əqidə
Aul - məntəqə, kənd
Ayğır - bəzi heyvanların (çox vaxt atın) erkəyinə deyirlər - çox böyük, iri, əzəmətli
Azuqə - qida, ərzaq ehtiyatı
B
Bac-xərac - vergi
Bədbin - həyatda hər şeyə ümidsiz baxan, gələcəyə inanmayan
Bəndə - 1. qul, kölə; 2. adam, insan
Bikar - işsiz, peşəsiz, məşğuliyyətsiz adam
Biruh - ruhsuz, huşsuz, cansız, ölü
Bəzirgan - tacir
Bilmərrə - tamamilə, büsbütün
Binə - köçərilərin mal-qara ilə köçüb kənddən kənarda yaylaqda məskən saldıqları yer, yurd
Biryolluq - birdəfəlik, həmişəlik, qəti olaraq
C
Calal - əzəmət, dəbdəbə, təmtəraq, büsat
Cəvahirat - qiymətli daşlar, daş-qaş
Cəllad - ölüm hökmünü icra edən adam
Cıqqa - burada: tacşəkilli, daş-qaşlı başlıq
Cida - burada: ayrı, uzaq
Ç
Çapacaq - ət çapmaq üçün işlədilən kəsici alət, ət baltası
Çapar - atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs, qasid
Çarıq - keçmişdə kəndlilərin geyindiyi göndən tikilən ayaqqabı
Çarvadar - yük heyvanı ilə muzdla yük daşımaqla məşğul olan adam
Çətən -dialekt: qarğıdan, ağac çubuqlardan hörülmüş çəpər
Çınqıl - tikinti işlərində istifadə olunan daş qırıntısı, xırda daş
Çıraqban - işıqlı, nurlu
Çırpı - quru budaq, kol qırıntısı; çıl-çırpı
Çuxa - beli büzməli uzun kişi üst geyimi
Çuval - böyük kisə, xaral
D
Dağar - arxaizm: qaramal dərisindən hazırlanan torba
Dağarcıq - kiçik dağar; çox vaxt dəridən tikilən kiçik torba, çanta
Damad - kürəkən
Damazlıq - döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins