Hikmət Ziya
HÖCƏTLƏŞƏN BARMAQLAR
Bir əlin beş barmağı
Sözləşdilər sübh çağı.
Çeçələ barmaq dedi:
– Axı mənsiz Əl nədi? –
Mənəm görən hər işi,
Mənsiz keçməz bir işi!
Adsız barmaq deyindi:
– Bütün hünər mənimdi!
Mənəm onu yaşadan,
Əli ələ oxşadan!
Hirsləndi Orta barmaq:
– Sən kimsən?! Bir buna bax!
Hamınızdan uzunam,
Mənimlə ad qazanan
Əlin kölgəsində siz
Aralıqda gəzirsiz!..
Söz Şəhadət barmağı
Yaman tutdu, dırnağı
Qəzəbindən göyərdi.
Dedi: – Səni döyərdim.
Heyif ki, boyda məndən
Uzunsan bir qədər sən.
Əsl barmaq tək mənəm;
Ələ yol göstərənəm.
Mən sizə dərs verərəm,
Hər işi tək görərəm!
Baş barmaq gülümsədi,
Eyhamla belə dedi:
– Ah, barmaqlar, barmaqlar,
Höcət, şıltaq barmaqlar!..
Təklikdə heç biriniz
İş görə bilməzsiniz!
Baş barmaq olsam da mən,
Bir gün ayrılsam sizdən,
Yaramaram heç nəyə...