Araşdırın Fikirləşin Cavab
verin
- Şeir təbiətə, heyvanlar, quşlar aləminə həsr olunmuş digər əsərlərdən hansı cəhətlərinə görə fərqlənir? Onu tanış olduğunuz bir əsərlə müqayisə etməklə suala cavab hazırlayın. Cədvəldən istifadə edin.
Hansı cəhətlərinə görə müqayisə olunurlar?
|
Əsərlərin adı |
“Qaranquş” |
|
|
|
|
-
“Əsərdə şairin təbiətlə bağlı hansı fikirləri əks olunub?” mövzusunu
müzakirə edin. Müzakirə zamanı aşağıdakı suallara diqqət yetirin:
- Şairin qaranquşa münasibəti hansı misralarda daha qabarıq əks
olunub?
- Sizcə, bu əsərdə yaz yağışına düşən quşun məhz qaranquş olması
təsadüfidirmi?
- Qaranquşla bağlı fikirləri digər quşlara, heyvanlara da aid etmək
olarmı? Nə üçün?
-
Əsərdəki başlıca fikri - ideyanı aydınlaşdırın. Şairin mövqeyini ifadə edən misraları nümunə göstərin.
Evdə iş
Dostlarınıza “Qaranquş” şeirini necə təqdim edərsiniz ki, onlarda bu
əsəri oxumağa maraq oyansın. Fikrinizi məktub şəklində ifadə etməyə
çalışın.