←
6. Əsərdəki başlıca fikri – ideyanı aydınlaşdırın.
№ | Əsərin ideyası aşağıdakılardan hansıdır? | Nə üçün belə düşünürsünüz? | Sizin variantınız |
1 | Heyvanların da ehtiyatsızlığı faciəyə səbəb olur. | ||
2 | Balasını sevməyən canlı yoxdur. | ||
3 | Təbiətə, heyvanlara, quşlara qayğı göstərmək vacibdir. | ||
4 | Dara düşən heyvanların başına gələnlərdən nəticə çıxarmaq lazımdır. |
Tətbiq Müzakirə Yaradıcı iş
7. Müzakirə edin: Hekayəyə çəkilmiş şəkil təsəvvürünüzə uyğundurmu?
Evdə iş
Hekayədən bir parçanın ifadəli oxusuna hazırlaşın. Əvvəlcə ifaçılıq vəzifəsini - dinləyicilərə nə çatdıracağınızı aydınlaşdırın. Sonra hər cümlənin oxusunda səsinizin aldığı çalarları dəftərinizdə (mətnin kənarında) yazın. Fasilələrin yerini, səsin ucalığını, sürətini və s. müəyyənləşdirib şərti işarələrlə göstərin.