←
Evdə iş
Mövzulardan birini seçib işləyin.
Tövsiyələrdən (səh.169-173) faydalanın.
a) “Kamalın xasiyyətinin dəyişməsinə səbəb nə oldu?” mövzusunda inşa yazın.
b) “Kamalın otağını necə təsəvvür edirəm?” mövzusunda esse yazın.
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Hekayənin maraqla oxunmasına səbəb çoxdur. Məsələn, cəmi bir neçə cümlə ilə böyük bir əhvalat, hadisə barədə aydın təsəvvür yaradılır. Yaxud nəvə obrazı elə ustalıqla yaradılmışdır ki, yaddan çıxmır, onun davranışı, əməlləri, bəzən gülüş doğursa da, oxucunu düşündürür... Yazıçı bütün bunlara sözdən ustalıqla istifadə etməklə nail olub. Bu cəhətə yenidən diqqət edin. Bədii təsvir vasitələrinin əsərə hansı gözəlliyi gətirdiyini də aydınlaşdırmağa çalışın.
Araşdırın Fikirləşin Cavab verin
2. Hekayədə diqqətinizi daha çox çəkən nə oldu? Səbəbini aydınlaşdırın.
3. Kamalın xarakterindəki başlıca cəhətlər hansılardır? Müxtəlif epizodlardakı
davranış və əməllərini nəzərə alaraq cavab hazırlayın.
Cədvəldən istifadə edin.
Kamalın xarakterindəki başlıca cəhətlər | |
Nənə xəstələnməmişdən əvvəl | Nənə xəstələnəndən sonra |
4. Kamalı oxuduğunuz hansı əsərin qəhrəmanı ilə müqayisə edə bilərsiniz?
Müqayisə cədvəlindən və ya Venn diaqramından istifadə edin.
5. Əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunu izah edin.
Bədii təsvir və ifadə vasitələrinin işləndiyi cümlələr | Həmin cümlələrin bədii təsvir və ifadə vasitələri olmadan yazılışı | Fikrin təsirli olması baxımından onların fərqi |
Evdə iş
Kitabxanadan və ya internetdəki mənbələrdən istifadə etməklə E.Hüseynbəylinin uşaqlar üçün hansı mövzuda əsərlər yazdığı barədə məlumat toplayın.