←
Bilik və bacarıqlarınızı tətbiq edin3. Əsərdəki hadisələrin ardıcıllığını cədvəldə əks etdirin.
Qoca Firuz çörək pulu üçün iş gözləyir.
4. Əsərdən seçdiyiniz iki cümləyə bədii təsvir vasitəsi əlavə edib yazın.
1. | 1. |
2. | 2. |
Mövzulardan birini seçib işləyin.
Tövsiyələrdən (səh.169-173) faydalanın.
a) | "Baba və nəvənin yaşadığı zirzəmini necə təsəvvür edirəm?” mövzusunda inşa yazın. |
b) | "Sürəyyanın taleyi məndə hansı düşüncələr yaratdı?” mövzusunda esse yazın. |
1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
Ədəbiyyatımızda kiçik hekayələrin gözəl yaradıcılarından biri kimi tanınan və sevilən Ənvər Məmmədxanlının bu əsərində Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatından danışılır. Sənətkarın cənub mövzusunda yazdığı əsərlərdəki təsirli səhnələr oxucunu həyəcanlandırır, onda güclü hislərin baş qaldırmasına, dərin düşüncələrin yaranmasına səbəb olur. Yazıçı buna necə nail olur? İlk növbədə, bədiiliyə nail olmaqla. Sözləri ustalıqla seçən yazıçı onları yerində, məqamında işlətməyi bacarır. Budur, soyuq qış gecəsində xalça karxanasının qapısı ağzında köməksiz qalan Sürəyyanın ağır vəziyyətini ifadə etmək üçün yazıçının işlətdiyi cümlə: “Lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı”. Bu kiçik cümlə qızcığazın çıxılmaz vəziyyətini çatdırmaqla bərabər, uşaq xarakterini, babasına sonsuz məhəbbətini, saf, səmimi ürək sahibi olduğunu da ifadə edir.
Yazıçının işlətdiyi təsvir vasitələri də (“qüssəli payız” və s.) bədiiliyin artmasına əhəmiyyətli təsir edir. Əsərlə bağlı tapşırıqların üzərində işləyərkən bu deyilənlərə də diqqət yetirin, əlavə nümunələr seçin və onlardan da istifadə edin.