(ixtisarla)
Yada salın.
- Əvvəllər oxuduğunuz, eşitdiyiniz nağılların adını, onlardakı mühüm hadisələri,
qəhrəmanları xatırlayn.
- Nağıl janrına məxsus hansı cəhətlər yadınızdadır?
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- İlk dörd parçanı oxuyun. Bunu fərdi səssiz oxu şəklində, yaxud səsli
oxunu dinləməklə yerinə yetirə bilərsiniz.
- Mətnkənarı suallara diqqət edin, cavabları üzərində fikirləşin, bu, mətni
başa düşməyinizə kömək edəcəkdir.
- Tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə
aydınlaşdırın.
- Bədii təsvir vasitələrini müəyyənləşdirin.
Düşünün. Sonuncu dərsdə müzakirə edin.
Nağılların çox sevilməsinin, uzunömürlü olmasının səbəbini nədə görürsünüz?
Hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik
elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu
batdı, milçək mindik, çay keçdik, yabaynan dovğa içdik...
Sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan.
Günlərin bir günündə Şah Abbas vəzir Allahverdi xana dedi:
– Çoxdandı sənnən səyahətə çıxmırıq, gəl bir dərvişlibas olub çıxaq mahala, görək, nə var, nə yox.
Hər ikisi libaslarını çıxardıb bir dəst dərviş libası geydi, hərəsi əlinə bir ağac, bir kəşkül alıb, “Ya Əli, səndən mədəd!” deyib çıxdılar İsfahan şəhərinə. Burda da meydan qurub başladılar oxumağa. Deyirlər ki, Şah Abbasın çox gözəl avazı varmış. Bir dərzi şagirdini çağırıb dedi:
– Get o dərvişlərə söylə ki, ustam deyir, məclislərini qurtarandan sonra mənə qonaqdılar.
Şagird o saat baş üstə deyib özünü dərvişlərə yetirdi, ədəbnən salam verib dedi: