1. Şeir xoşunuza gəldimi? Səbəbini izah edin.
2. Əsər sizdə hansı hiss və düşüncə yaratdı?
3. Mövzuya aid şəkillər uğurludurmu? Nə üçün?
1.
“Şeirdə övladın anasına sonsuz məhəbbəti ifadə olunmuşdur” fikrini necə əsaslandırarsınız?
2.
Övladı haqqındakı arzuları ana barədə sizdə hansı düşüncələr yaratdı?
3.
Bədii oxu ustasının ifasını uğurlu saymaq olarmı?
1. “Oxuyub müəllim, hər kim olsam da, Ay ana, mən sənin əsgər
oğlunam” sözləri övladın xarakterindəki hansı cəhətləri üzə çıxarır?
2. Şeirdə işlənmiş məcaz hansı fikri qüvvətləndirmişdir?
3. Sərginin təşkilini uğurlu saymaq olarmı? Nə üçün?
1. Şeirdəki başlıca fikir – ideya, sizcə, nədir?
2. Bu mövzunun şairin diqqətini cəlb etməsinin səbəbini necə izah edərsiniz?
3. Divar qəzetinin məzmunu və forması sizi qane edirmi? Səbəbini
izah edin.
1. Ana-övlad münasibətlərindəki səmimiyyət şeirdə necə ifadə
olunub?
2. “Şeirdə işlənmiş sözlər, ifadələr uğurla seçilmişdir” fikrini necə
əsaslandırarsınız?
3. Seçilmiş mahnını uğurlu saymaq olarmı? Nə üçün?
4. Çıxarılmış nəticələr barədə təqdimatlar əsasında fikir mübadiləsi və
müzakirə aparın.
5. Asudə vaxtınızda aşağıdakı sualların üzərində düşünün, sinif yoldaşlarınızla
müzakirə edin:
– Ana haqqında oxuduğunuz əsərlərdə ən çox nədən danışılır?
– Anaya həsr olunmuş əsərlərdə daha nələri oxumaq istərdiniz?
– İncəsənətin digər növlərində (rəssamlıq, kino və s.) yaradılmış hansı
ana obrazını daha uğurlu hesab edirsiniz?