1. Mətni oxuyun. Tapşırıqları yerinə yetirərkən ondakı fikirlərdən faydalanın.
İnsana aid olan xüsusiyyətlərin təmsildə heyvanların, cansız əşyaların üzərinə köçürüldüyünü bilirsiniz. Deməli, belə əsərlərdə təsvir olunanlar insan kimi danışır, arzularını bildirir, mübahisə edir və s. Təmsildə çox vaxt qəhrəmanın gülüş doğuran səhv hərəkətləri, davranışı tənqid olunur, yığcam ibrətamiz hadisə təsvir edilir və əxlaqi nəticə çıxarılır.
Həcmcə kiçik olan təmsil həm nəzm, həm də nəsr şəklində olur.
Oxuduğunuz təmsildə şair iki canlını – Kərgədan və Qarışqanı danışdırmaqla oxucuların diqqətini çox mühüm bir məsələyə cəlb etmişdir. Onların hər birinin fərqli mövqeyi danışıqlarında özünü büruzə verir. Bu, təmsili maraqlı edən səbəblərdən biridir. Təmsili maraqlı edən digər vasitələrin üzərində düşünün. Bütün bunlar sonrakı fəaliyyətinizin səmərəli olmasına təsir edəcəkdir.
Araşdırın Fikirləşin Cavab verinKiçik qruplarda birləşib aşağıdakı sual və tapşırıqlar üzrə fikir mübadiləsi aparın və təqdimat hazırlayın.
2. Kərgədanla Qarışqanın mübahisə etməsinin əsl səbəbi, sizcə, nədir?
3. Kərgədan obrazını səciyyələndirin. Əsərdən nümunələr göstərməklə
fikrinizi əsaslandırın.
Kərgədan obrazı | ||
Onu səciyyələndirən başlıca cəhətlər | Müəllifin bu obraza münasibəti | Sizin ona münasibətiniz |
4. Qarışqa obrazını səciyyələndirin. Əsərdən nümunələr göstərin.
Qarışqa obrazı | ||
Onu səciyyələndirən başlıca cəhətlər | Müəllifin bu obraza münasibəti | Sizin ona münasibətiniz |
a) İş insanın cövhəridir.
b) İşləməyən dişləməz.
c) İgid meydanda məlum olar.
ç) İşləyən olsun, iş tapılar.
d) Tənbəl dağda qar gördü, yorğanına büründü.
e) İşsizlik arsızlıq gətirər.
➔