Apardığı arpanı
Yolda qoyub bir yana
Bapbalaca Qarışqa
Bir gün söylədi ona:
– Səndə bu boy-buxun var,
Fil işi görmək olar!
Bizim meşə elində
Niyə əlin belində
Dolaşırsan, a fərsiz?
Hamı səndən xəbərsiz,
Sən hamıdan xəbərsiz.
Kimdir doyduran səni?
Səndə olan gödəni?!
– Nə?! – bağırdı Kərgədan –
Təhqir edirsən yəni?
Ayaq basdı üstünə:
– Belə əzərəm səni!
Yox! Qarışqa ölmədi–
Girdi torpağın altda,
Lağım atıb yenə də
Üzə çıxdı bir anda.
Tənbəlin zərbəsi də
Əsər etmədi ona.
Götürüb arpasını,
Düzəldi öz yoluna.
Kərgədan gördü, nəhəng
Özü yox, Qarışqadır.
Çox da güclə görünür,
Çox da nöqtə boydadır, –
O həm sevir zəhməti,
Həm də ki cəsarəti.
Nəhəng odur.
Kərgədan –
Adi cırtdandan cırtdan.
Kərgədan və Qarışqa haqqında ilkin təəssüratım | |
Kərgədan | Qarışqa |
➔