Hikmət Ziyanın təmsilləri uşaq aləmi üçün maraqlı və yeni fikirlərlə zəngindir. Bu təmsilləri kiçiklər də, böyüklər də həvəslə oxuyur, düşünür, müəyyən nəticəyə gəlirlər.
Qara Namazov
Yada salın.
- | Əvvəlki siniflərdə öyrəndiyiniz təmsilləri xatırlayın. Həmin əsərlərdə, eləcə də müstəqil oxuduğunuz təmsillərdə nədən bəhs olunur? |
- | Təmsil janrının əsas xüsusiyyətlərini yadınıza salın. |
- | Sizcə, bu gün öyrənəcəyiniz nəhəng kərgədan və kiçik qarışqa haqqında təmsildə nədən bəhs oluna bilər? |
Əsəri oxuyarkən tövsiyələrə
əməl etməyə çalışın.
- | Təmsili oxuyun. Bunu fərdi səssiz oxu, yaxud səsli oxunu dinləməklə yerinə yetirə bilərsiniz. |
- | Anlamadığınız məqamları parta yoldaşınızla müzakirə edin. |
- | Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. |
- | Mətndəki tanış olmayan sözlərin mənasını lüğətlərdən istifadə ilə aydınlaşdırın. |
- | Mətnkənarı suallara diqqət edin, cavabları üzərində fikirləşin, bu, mətni başa düşməyinizə kömək edəcəkdir. |
Düşünün, sonuncu dərsdə
müzakirə edin.
Təmsil janrında əsərlərin yazılmasına səbəb nədir?
(təmsil)
Uzunuyla eni bir,
Başıyla bədəni bir
Kərgədan tutulmuşdu
Tənbəllik azarına.
Süstlük,
Məstlik
hopmuşdu
Ömrünə, güzarına.
Boş-bikar əsnəməkdən
Çuval olmuşdu ağzı.
Günün beşdə dördünü
Yeyib-yatırdı azı.
Yerdə qalan vaxtını